Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ildə cari əməliyyatlar hesabında iri həcmli profisit proqnozlaşdırır.
“Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozlarına görə neftin bir barelinin orta qiyməti 2022-ci ildə 98.2 ABŞ dolları, 2023-cü ildə isə 85.5 ABŞ dolları səviyyəsində olacaq. Proqnozlara görə, 2022-ci ilin yekunu ilə yanaşı, 2023-cü ildə cari əməliyyatlar hesabında iri həcmli profisit gözlənilir”, - deyə AMB-nin faiz dəhlizinin parametrləri haqqında açıqlamasında bildirilir.
2022-ci ilin I yarısında cari əməliyyatlar hesabının profisiti $10 milyard 330,9 milyon (+5,5 dəfə) və ya ÜDM-in 27,6%-ni təşkil edib.
2022-ci ilin yanvar-iyun aylarında neftin bir barelinin orta qiyməti $101,2 (2021-ci ilin 6 ayı ərzində $57,7) təşkil edib.
AMB 2022-ci ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 23-25%-i səviyyəsində gözləyir.
2021-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $8 milyard 291,6 milyon və ya ÜDM-in 15,2%-ni təşkil edib. Profisit neftin yüksək qiyməti (2020-ci ildəki 40,8 ABŞ dollarına qarşı 2021-ci ildə 66,8 ABŞ dolları) ilə şərtlənib.*
A.Əzizov