“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqini “BB+” səviyyəsində təsdiq edib.
Agentliyin məlumatında qeyd olunur ki, reytinq üzrə proqnoz “Stabil”dən “Müsbət”ə dəyişdirilib.
“SOCAR tamamilə dövlətə məxsusdur və reytinqi dövlətlə əlaqəli şirkətlərin reytinq meyarlarına uyğun olaraq Azərbaycanın reytinqinə (“BB+”/”Müsbət”) bərabər tutulur. Bu, şirkətə maliyyə təminatları, vəsait qoyuluşları və səhmdar kapitalına inyeksiyalar şəklində dövlət dəstəyi, həmçinin SOCAR-ın sosial funksiyaları və onun neft-qaz layihələrinin inkişafı üçün dövlət aləti kimi əhəmiyyəti ilə gücləndirilir”, - deyə agentlik qeyd edir.
“Fitch” SOCAR-ın avtonom kredit profilini “b+” səviyyəsində qiymətləndirir.
Agentlik qeyd edir ki, şirkət 2021-ci ildə neft və qaz hasilatını 7% - 282 min barel neft ekvivalentinə qədər artırıb. “2022-ci ildə SOCAR üzrə hasilatın 4%, 2023-cü ildə isə 5% artacağını ehtimal edirik. Bu, əsasən təbii qaz hasilatının artması hesabına baş verəcək və gələcəkdə sabit qalacaq”, - deyə məlumatda bildirilir.
“Fitch” vurğulayır ki, dövlət vəsait qoyuluşları, daxili yanacaq qiymətlərinin tənzimlənməsi və digər tədbirlər vasitəsilə SOCAR-ın mənfəətliliyi və balansına əhəmiyyətli nəzarət edir. Şirkətin yüksək borc yükü yaxşılaşsa da, əsasən onun dövlətlə sıx əlaqələrinin nəticəsidir, “lakin biz hesab edirik ki, hökumətin SOCAR üçün adekvat maliyyələşdirməni saxlamaq üçün stimulları var”.
“SOCAR-ın levereci analoji şirkətlərlə müqayisədə tarixən nisbətən yüksək olsa da, 2022-ci ildən etibarən əməliyyatlardan əldə edilən pul vəsaitlərinin (FFO) xalis leverec göstəricilərinin azalacağını gözləyirik”, - deyə agentlik qeyd edir.*
A.Əzizov