Azərbaycanda koronavirus infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823,149 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 36 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9943 nəfərə çatıb.
Virusa yoluxmuş 812,889 min nəfər (sutka ərzində +40) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 317 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1766 (ötən gün 2112 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 315,522 min test aparılıb.*
N.Abbasova