2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda bankların biznes, ipoteka və istehlak kreditləri portfeli artıb.
Mərkəzi Bankın məlumatına görə, 30 sentyabr 2022-ci il tarixinə bankların kredit portfeli 19 milyard 157,2 milyon manat məbləğində qiymətləndirilir (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 15%).
2022-ci ilin yanvar-sentyabr aylarında bankların biznes kredit portfeli 10,7% - 10 milyard 780,9 milyon manatadək (bütün kredit portfelinin 56,3%-i) artıb. Cari ilin III rübündə artım 2,9% (II rübdə artım 2,9%) təşkil edib.
9 ay ərzində bankların istehlak kreditləri portfeli 24% - 5 milyard 601,6 milyon manata qədər artıb, xüsusi çəki 29,2% təşkil edib. 2022-ci ilin III rübündə portfel 7,9% (II rübdə 7,4%-ə qarşı) artıb.
Hesabat dövründə bankların ipoteka kreditləri portfeli 15,6% - 2 milyard 774,7 milyon manata qədər və ya bankların bütün kredit portfelinin 14,5%-i səviyyəsində artıb. 2022-ci ilin III rübündə portfel 4,8% (II rübdə 8,3%-ə qarşı) artıb.
2022-ci il sentyabrın 30-na Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malikdir.*
X.Nəsirzadə