2022-ci ilin yanvar-oktyabr aylarında “Bloomberg” ticarət sistemi çərçivəsində yaradılmış xüsusi platformada banklarlararası təminatsız əqdlərin həcmi 2 milyard 214 milyon manat təşkil edib.
“Bloomberg” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında sentyabr ayında 788 milyon manat məbləğində 69 ədəd əqd, oktyabrın ötən dövründə isə 1426 milyon manat məbləğində 124 əqd bağlanıb. Oktyabrda bağlanmış əqdlərin 97%-i qısamüddətlidir (1-3 günlük). Sentyabrda banklararası REPO bazarında 48 milyon manatlıq 21 əqd, oktyabrın ötən dövründə isə 65 milyon manat məbləğində 20 əqd baş tutub.*
R.Əhmədov