2022-ci ilin 9 ayı ərzində rəqabət və reklam qanunvericiliyinin pozulması əlamətləri üzrə 2,7 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunub. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində rəqabət və reklam qanunvericiliyinin pozulması əlamətləri üzrə 26 iş qaldırılıb, 18 işə baxılması başa çatdırılıb.
“Aşkar edilmiş pozuntularla bağlı 2,7 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunub”, - deyə məlumatda bildirilir.
Ötən ilin müvafiq dövründə 12 iş qaldırılıb, 15 işə baxılması başa çatdırılıb, 700 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Beləliklə, rəqabət və reklam sahəsində antiinhisar qanunvericiliyinin pozulmasına görə cərimələrin ümumi məbləği illik ifadədə 4 dəfəyə qədər (700 min manata qarşı 2,7 milyon manat) artıb.*
R.Kərimov