Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin götürdüyü öhdəlikləri yerinə yetirməsini gözlədiyini bildirib.
“Ermənistan sərhədləri respublikanın müttəfiqləri üçün “qırmızı xətt”dir. 2021-ci ilin mayında “qırmızı xətt”in pozulduğunu və mexanizmlərin işə salınmalı olduğunun vacibliyini bildirəndə bizə dedilər ki, deyəsən, sərhəd demarkasiya olunmayıb”, - deyə o, bu gün “Vətəndaş Müqaviləsi” partiyasının qurultayında bildirib.
“KTMT-nin məsuliyyət zonası var və əgər üzv dövlətlərdən birinin sərhədi yoxdursa, bu, o deməkdir ki, KTMT-nin məsuliyyət zonası və bütövlükdə, təşkilat yoxdur. Ermənistanla Azərbaycan arasında dövlət sərhədi var və bu sərhəd pozulub. KTMT və Rusiyanın isə təhlükəsizliyi təmin etmək öhdəlikləri var”, - deyə o vurğulayıb.*
Xəbərlər şöbəsi