“Milli müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru, rusiyalı analitik İqor Korotçenko hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün verdiyi bəyanatla göstərdi ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı çərçivəsində İrəvanın Zəngəzur dəhlizinin açılması ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir.
“Paşinyan rəsmi şəkildə üçtərəfli bəyanatın müvafiq bəndini yerinə yetirməkdən imtina etdiyini bəyan edib”, - deyə Korotçenko “Twitter” hesabında yazıb.
Paşinyan şənbə günü bildirib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvanla əlaqəsinin yaradılması üçün Ermənistan ərazisindən dəhliz verilməsini istisna edir.*
Xəbərlər şöbəsi