Oktyabrın 29-da Qobustan rayonu ərazisində 3,6 bal gücündə zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar yerli vaxtla saat 17:50-də qeydə alınıb.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 44 km cənubda Qobustan rayonu ərazisində zəlzələ qeydə alınıb”, - deyə məlumatda bildirilir.
Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ 3 bala qədər hiss edilib.*
R.Kərimov