Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh prosesində fəal iştirak edir. Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar deyib.
“Son iki gündə Ermənistan rəhbərliyi ilə yaxşı görüşlər oldu. Mövcud inkişaflar və növbəti addımlar müzakirə edildi. Mən Avropa İttifaqının sülh prosesində davamlı fəal iştirakını vurğuladım”, - deyə Klaar “Twitter” hesabında yazıb.*
Xəbərlər şöbəsi