Oktyabrın 30-da Bakı və Doha arasında İşgüzar Şuranın yaradılması haqqında saziş imzalanıb. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib.
“Bu gün Dohada Qətərin Ticarət və Sənaye Palatası ilə Azərbaycan-Qətər İşgüzar Şurasının yaradılması haqqında saziş imzaladıq”, - deyə o, “Twitter” hesabında yazıb.
Sədrin sözlərinə görə, İşgüzar Şura iki ölkənin biznes dairələri arasında əməkdaşlıq və birgə təşəbbüslərin reallaşdırılması üçün meydança rolunu oynayacaq.*
R.Kərimov