Azərbaycanda koronavirus infeksiyasına 45 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823 min 247-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 53 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma sayı 15,1%-dək azalıb.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 1 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 9 min 944 nəfər təşkil edir.
Virusa yoluxmuş 812 min 982 nəfər (sutka ərzində +38) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 321 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 718 (ötən gün 2 min 60 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 319 min 300 test aparılıb.*
R.Kərimov