Moskva oktyabrın 31-də Soçidə keçirilməsi planlaşdırılan Rusiya-Azərbaycan-Ermənistan sammitinin Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasında irəliləyişə imkan verəcəyinə ümid edir. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
“Bu həyatda hər şey ola bilər”, - deyə o, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib.
“Hələ çoxlu problemlər var. Düşünürəm ki, onların hamısı, o cümlədən sabah Soçidə keçiriləcək görüş zamanı müzakirə olunacaq. Ümid edirik ki, bu, bir sıra məsələlərin həllində, o cümlədən sülh müqaviləsinin imzalanması yolunda hansısa formada irəliləyiş əldə etməyə imkan verəcək”, - deyə Rudenko vurğulayıb.*