2022-ci ilin yanvar-sentyabr aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 21,5% - 11 milyard 225,7 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Sentyabrda əhalinin bank əmanətləri 367,3 milyon manat (avqustda +41,3 milyon manat) artıb.
9 ay ərzində əhalinin xarici valyutada bank əmanətləri 16,2% - 4 milyard 402 milyon manatadək və ya bütün əmanətlərin 39,3%-i səviyyəsində artıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib). Sentyabrda əhalinin xarici valyutada bank əmanətləri 91,8 milyon manat artıb (avqustda 4,1 milyon manat azalıb).
Yanvar-sentyabr aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 25,1% - 6 milyard 823,7 milyon manatadək (bütün əmanətlərin 60,8%-i) artıb. Sentyabr ayında milli valyutada əmanətlərin həcmi 275,6 milyon manat artıb (avqustda +45,4 milyon manat).
Rezidentlərin bank əmanətlərinin həcmi 10 milyard 271,4 milyon manat, qeyri-rezidentlərin – 954,3 milyon manat təşkil edir. Yanvar-sentyabr aylarında rezidentlərin əmanətlərinin həcmi 14,9%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 3,2 dəfə artıb. Sentyabr ayında rezidentlərin əmanətlərinin həcmi 289,4 milyon manat (avqustda +3,5 milyon manat), qeyri-rezidentlərin əmanətlərinin həcmi 77,9 milyon manat (avqustda +37,8 milyon manat) artıb.
2022-ci il sentyabrın 30-na banklarda əmanət və depozitlərin həcmi 33 milyard 957 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 17% çoxdur. Sentyabrda banklarda əmanət və depozitlərin həcmi 1 milyard 230.9 milyon manat artıb (avqustda 878,8 milyon manat artıb).**
A.Əzizov