"AzerGold"QSC törəmə müəssisəyə səhmdarın cəlb edilməsi ilə bağlı hüquqi və kommersiya dəstəyinə dair məsləhət xidmətlərinin satın alınmasına 330 min manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, “AzerGold” müsabiqə seçiminin yekunlarına dair müvafiq işlərin yerinə yetirilməsi ilə bağlı “OMNİ” QSC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 330,4 min manatdır.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Hazırda “AzerGold” yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci mərhələ çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), eləcə də “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) qızıl hasilatı və ixracı həyata keçirir. **
N.Abbasova