2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklar sürətli pul köçürmələri sistemləri vasitəsilə 3 milyard 586,7 milyon manat məbləğində vəsait əldə edib, bu da 2021-ci ilin 9 ayını göstəricisindən 2,5 dəfə çoxdur.
“İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan məlumat verilib ki, birinci rübdə banklar sürətli pul köçürmələri sistemləri vasitəsilə 295,6 milyon manat, ikinci rübdə - 1 milyard 819,8 milyon manat, üçüncü rübdə - 1 milyard 471,3 milyon manat məbləğində vəsait əldə edib.
Ümumilikdə, 9 ay ərzində banklar sürətli köçürmə üzrə 2 milyon 665,1 min əməliyyat “qəbul ediblər”.
AMB-nin məlumatına görə, 2022-ci ilin 9 ayı ərzində sürətli pul köçürmələri sistemləri vasitəsilə 487,5 milyon manat gndərilib (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 44,3%), cəmi 459,8 min bu cür əməliyyat həyata keçirilib (azalma 34,5%). **
R.Əhmədov