Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ilin yanvar-sentyabr aylarında milli valyutada kreditlər üzrə orta faiz dərəcələrinin cüzi artdığını qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il oktyabrın 1-nə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2021-ci ilin yekunları üzrə 14,33%-ə qarşı 14,34% təşkil edib.
2022-ci il sentyabr ayının sonuna xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 4,78% təşkil edib, 2021-ci ilin sonuna bu göstərici 4,8%-ə bərabər olub.
Bununla yanaşı, aprel ayının əvvəlinə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 10,14% (2021-ci ilin sonuna 9,98%), xarici valyutada 4,74% (4,71%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 16,28% (16,44%), xarici valyutada 5,06% (5,45%) təşkil edib.
Sentyabrın sonuna milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 8,57% (2021-ci ilin sonuna 8,59%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 1,33% (1,48%) təşkil edib.
2022-ci il sentyabrın 30-na hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 5,13% (5,32%), xarici valyutada 0,82% (0,99%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 9,2% (9,12%), xarici valyutada 1,69% (1,81%) təşkil edib.**
X.Nəsirzadə