MİDA MMC Füzuli şəhərində 8,90 ha torpaq sahəsində yaşayış binalarının tikintisi üçün şirkət seçib.
Söhbət 13, 14, 15, 16, 17 və 18 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisindən gedir.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, işlərin icrasının podratçıcı T.T.Ş İnşaat MMC olub.
Müqavilənin dəyəri – 11 milyon 631,733 min manatdır.
Xəbər verildiyi kimi, 1-6 nömrəli yaşayış binalarını “El-Seym İnşaat” və “SNT İnşaat Şirkəti” (podratın dəyəri – 14 milyon 436 min 428,72 manatdır), 7-12 nömrəli yaşayış binalarını - Merkuri-İnşaatMMC və Araz İnşaatçı MMC(podratın dəyəri – 13 milyon 955,913 min manatdır) tikir. **
B.Rüstəmbəyov