Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiyanın rolunu yüksək qiymətləndirdiyinə görə minnətdarlığını bildirib.
“Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında nəzərəçarpacaq, mühüm rol oynayıb. Hazırda bizim sülhməramlı kontingentimiz öz missiyasını necə yerinə yetirməli idisə, elə də yerinə yetirir. Bu dəyərləndirmənizə görə sizə təşəkkür edirəm”, - Putin Əliyevlə görüş zamanı deyib.
Bundan əlavə, Rusiya prezidenti RF, Ermənistan və Azərbaycanın baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə üçtərəfli işçi qrupunun fəaliyyətində irəliləyişi qeyd edib, lakin bu fəaliyyətə əlavə təkan verilməsinin zəruriliyini vurğulayıb.
Putin qeyd edib ki, bazar ertəsi keçirilən görüşlərin məqsədi 2020-ci və 2021-ci illərdə əldə olunan razılaşmaların yerinə yetirilməsini təmin etmək vəhəll edilməmiş məsələlərin həlli yollarını axtarmaqdır. **