Azərbaycanda koronavirus infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823 min 258-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 45 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl iki gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 944 nəfər təşkil edir.
Virusa yoluxmuş 812 min 986 nəfər (sutka ərzində +4) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 328 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 20 (ötən gün 1 min 718 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 320 min 320 test aparılıb.**
N.Abbasova