2022-сi ildə Azərbaycan üçün bir barel neftin fiskal itkisiz qiyməti (fiscal breakeven oil price) $46,7, 2023-cü ildə $35,7 təşkil edəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr ayı üçün Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə regional icmalında qeyd olunub.
2021-ci ildə bu göstərici neftin bir bareli üçün $58,1 təşkil edib.
“İtkisiz qiymət” səviyyəsi ölkənin maliyyə itkilərinin və mənfəətinin yaxınlaşdığı və tarazlıqda olduğu qiymət nöqtəsidir.
Fondun proqnozlarına görə, 2022-2023-cü illərdə Azərbaycanda gündəlik neft hasilatı 0,69 milyon barel təşkil edəcək ki, bu da 2021-ci ilin göstəricisinə uyğundur.
2022-ci ildə ölkədə gündəlik qaz hasilatı 0,81 milyon barel (2021-ci ildə 0,79 milyon barel), 2023-cü ildə 0,86 milyon barel neft ekvivalenti səviyyəsində olacaq.
BVF-nin proqnozlarına görə, 2022-2023-cü illərdə Azərbaycandan neft ixracı ildə 0,56 milyon barel (2021-ci ilin göstəricisinə uyğundur), qaz hasilatı 2022-ci ildə 0,45 milyon barel (2021-ci ildə 0,43 milyon barel), 2023-cü ildə 0,49 milyon barel neft ekvivalenti səviyyəsində olacaq.
Azərbaycanın 2022-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti $70-dan götürülüb.*
A.Əzizov