Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş istənilən səyləri dəstəkləyir. Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşdən sonra mətbuat konfransında bildirib.
“Praqada Azərbaycan və Ermənistan liderlərinin görüşünün Rusiyanın iştirakı olmadan keçirilməsinin səbəbi bizə aydındır. Bunu heç kəsə izah etmək lazım deyil. Bizim avropalı tərəfdaşlarımız öz siyasətlərini elə həyata keçirirlər ki, Rusiyanı bütün formatlardan kənarlaşdırsınlar. Bu, bir sıra vəziyyətlərdə mümkün deyil, indiki halda olduğu kimi. Lakin biz öz tərəfimizdən nizamlanmaya istiqamətlənən bütün səyləri alqışlayırıq. Biz gərginliyi azaldan bütün addımları dəstəkləyirik”, - deyə Putin “İnterfaks”ın sualını cavablandırarkən bildirib.*