Belarus prezidenti Aleksandr Lukaşenko Qərb vasitəçilərinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə cəlb olunmasını siyasi oyun adlandırıb. Bu barədə prezidentin mətbuat xidmətinə yaxın olan “Pul Pervoqo” teleqram kanalı məlumat verib.
“Müəyyən oyun gedir. Başa düşürəm ki, hansı oyundur. Avropa İttifaqı niyə bu oyuna sürüklənib? ATƏT-i ora niyə sürükləyirlər? Səbəbini başa düşmək olar. Əgər orada onsuz da vasitəçi varsa, onlar nə edəcəklər?”, - deyə Lukaşenko bildirib.*