2023-cü ildə Azərbaycanda neft hasilatı 2022-ci illə müqayisədə 4,6% azalacaq.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu qiymətləndirmə Hesablama Palatasının Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin layihəsinə dair rəyində öz əksini tapıb.
Rəydə bildirilir ki, 2023-cü ildə Azərbaycanda qaz hasilatı 2022-ci illə müqayisədə 6,2% artacaq.
Bununla belə, Hesablama Palatası 2022-2023-cü illərdə ölkədə neft və qaz hasilatının fiziki həcmi ilə bağlı proqnozları açıqlamır.*
A.Əzizov