Hesablama Palatası 2022-2023-cü illər üzrə inflyasiya proqnozlarının optimist olması qənaətindədir.
“2023-cü ilin büdcə layihəsi ilə birgə təqdim edilmiş sənədlərdə orta illik inflyasiyanın 2022-ci il üzrə 12,5%, 2023-cü ildə isə 6,9% proqnozlaşdırıldığı qeyd edilib. Lakin cari ilin 9 ayında müvafiq göstəricinin 13,4% olduğunu və ilin sonunda fiskal stimullar da səbəb olmaqla tələbin adətən aktivləşdiyini nəzərə alaraq, 2022-ci il üzrə gözlənilən orta illik inflyasiyanın optimist olduğu qənaətindəyik”, - deyə Hesablama Palatasının 2022-ci ilin dövlət büdcəsinin layihəsinə dair rəyində bildirilir.
Hesablama Palatası hökumətin 2023-cü il üçün inflyasiya proqnozunun da optimist olması qənaətindədir. “Növbəti ildə də dövlət büdcəsi xərclərinin, o cümlədən cari xərclərin artırılması planlaşdırılır (...)”, - deyə rəydə qeyd olunur.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.*
A.Əzizov