2022-ci il oktyabrın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $7 milyard 803 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, 2021-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $7 milyard 75,4 milyon təşkil edib. Beləliklə, 2022-ci ilin yanvar-oktyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 10,3% artıb.
Oktyabrda AMB-nin valyuta ehtiyatları 1,8% və ya $135,7 milyon artıb.
2021-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,1% artıb.*
X.Nəsirzdə