2022-ci il oktyabrın 31-nə Azərbaycanda pul bazasının həcmi 16 milyard 671 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2021-ci il dekabrın sonuna pul bazasının həcmi 17 milyard 937,6 milyon manat təşkil edib. Beləliklə, 2022-ci ilin 10 ayı ərzində pul bazası 7,1% azalıb.
Cari ilin oktyabr ayında pul bazası 526,1 milyon manat və ya 3,3% artıb.
2021-ci ildə Azərbaycanda pul bazası 32,2% artıb.*
X.Nəsirzadə