Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidəki üçtərəfli görüşünün yekunları müzakirə olunub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Telefon danışığında Rusiya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla oktyabrın 31-də Soçidə keçirilmiş üçtərəfli görüşünün yekunları müzakirə olunub”, - deyə məlumatda bildirilir.*