Çərşənbə axşamı Türkiyə Böyük Millət Məclisi monitorinq funksiyalarını həyata keçirən türk hərbçilərinin Azərbaycanda xidmət mmüddətini daha bir il uzadıb. Bu barədə Anadolu agentliyi məlumat verir.
Deputatllar plenar iclasda müvafiq sənəd qəbul ediblər. “Beləliklə, 17 noyabr 2022-ci il tarixindən etibarən türk hərbçilərinin Azərbaycandakı missiyası daha bir il müddıtini uzadılacaq”, - agentlik izah edib.
Qeyd olunur ki, söhbət Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Türkiyə hərbçilərinin xidmətindən gedir. **