Bakı münaqişələrin qiymətləndirilməsi zamanı selektiv yanaşmaya qarşı çıxış edir. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır”, - Əliyev Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı deyib.
Azərbaycan prezidenti qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 4 qətnaməsi təqminən 30 il ərzində icra olunmadı, baxmayaraq ki, bəzi qətnamələr “bir neçə gün ərzində icra olunur”. “Bu, ikili standartdır, bu, yolverilməzdir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır”, - Əliyev vurğulayıb. **
R.Kərimov