İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib ki, “Rail Trans Service” MMC, “Mister Décor” MMC, “Almet Holding” QSC və “Eel Electric” MMC Ağdam Sənaye Parkının yeni rezidentləri oldular.
“Ümumi investisiya həcmi 27 milyon manata yaxın olan 4 müəssisədə 250-dən çox daimi iş yeri yaradılacaq”, - Cabbarov Facebook səhifəsində yazıb.
Xəbər verildiyi kimi, 7 təsərrüfat subyekti Sənaye Parkının rezidenti statusuna malikdir. Ümumi investisiyaların həcmi 50 milyon manatı ötəcək. Beləliklə, rezidentlərin sayı 11-dək artıb.
Öncə Cabbarov məlumat verib ki, İqtisadiyyat Nazirliyi Ağdam Sənaye Parkında həyata keçirilməsi üçün sahibkarlar tərəfindən təqdim edilmiş 15 yeni layihəyə baxır. Ümumi investisiya dəyəri 60 milyon manatdan çoxlayihələrin layihələrin reallaşdırılması nəticəsində 800 nəfər daimi işlə təmin ediləcək.
2021-ci il mayın 28-də Prezident İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” fərman imzalayıb. Sənaye Parkının ərazisi 190 hektardır. **
X.Nəsirzadə