Ermənistanın baş naziri Nikol Paşinyab etiraf edib ki, oktyabrın 31-də Soçidə Azərbaycan və Rusiya liderləri ilə görüşdə Qarabağdakı Rusiya sülhməramlı kontingentin mandatının uzadılması məsələsini irəli sürüb, lakin bu təklif rədd edilib.
Çərşənbə günü parlamentdə çıxışı zamanı Paşinyan qeyd edib ki, oktyabrın 31-də Soçidə Azərbaycan və Rusiya liderləri İlham Əliyev və Valdimir Putin ilə üçtərəfli görüşdə İrəvanın Qarabağdakı Rusiya sülhməramlı kontingentin mandatının “5-10-20 il və ya qeyri-müəyyən müddətə” uzadılması ilə bağlı təklifi qəbul olunmayıb.
“Baxmayaraq ki, onların mandatı beş illik müddət bitdikdən sonra, əgər tərəflərin heç biri buna qarşı çıxış etmirsə, avtomatik olaraq uzadılır, lakin mandatın uzadılması təklifinin kağız üzərində qeyd olunması təklfi olundu. Bu təklif qəbul edilmədi”, - Paşinyan bildirib. **