Azərbaycanda koronavirus infeksiyasına 51 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823 min 369-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 60 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 951 nəfərə çatıb.
Virusa yoluxmuş 813 min 117 nəfər (sutka ərzində +49) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 301 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 188 (ötən gün 2 min 956 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 325 min 464 test aparılıb.**