Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bəyan edib ki, Azərbaycan Ordusu 2021-2022-ci illərdə döyüş əməliyyatlarında Ermənistanın hərbi infrastrukturuna ciddi zərbə vurub.
“2021-ci və 2022-ci illərdə, o cümlədən bu ilin sentyabrında baş vermiş döyüş toqquşmaları zamanı əldə edilən uğurlar postmüharibə dövründə ordu quruculuğu sahəsində həyata keçirilən islahatların düzgün istiqamətə yönəldiyini sübut etdi. Döyüş əməliyyatlarında Azərbaycan Ordusu Ermənistanın hərbi infrastrukturuna ciddi zərbə vuraraq düşmən üzərində hərbi üstünlüyünü bir qədər də artırdı”, - Vəliyev çərşənbə günü deyib.
Onun sözlərinə görə, Azərbaycan öz Ordusunu Türkiyə Silahlı Qüvvələri standartlarına uyğun ordu modeli əsasında fəal inkişaf etdirir. “Türkiyə Silahlı Qüvvələri standartlarına uyğun ordu modeli müasir ordunun əsasıdır, eyni zamanda, bu, Azərbaycan ilə Türkiyə orduları arasında hərbi, hərbi-texniki, elmi və digər məsələlərdə uyğunluğu təmin edir”, - Vəliyev vurulayıb. **
R.Əhmədov