“Azərişıq” ASC Cəbrayıl, Qubadlı və Zəngilan şəhərləri ərazisində yeni 35/0,4 kV-luq Yarımstansiya və Rəqəmsal İdarəetmə mərkəzlərinin tikintisi, eləcə də 35 kV-luq ikidövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması məqsədilə açıq tender elan edib.
Tenderlərdə iştirak haqqı ayrı-ayrılıqda 850 manatdır.
Tender təklifləri 19 dekabr saat 15:30-dək qəbul olunur.
Tender proseduru 20 dekabr saat 15:00-da baş tutacaq.
Hər bir tender predmetinin qiyməti $3 milyonu ötür.*
B.Rüstəmbəyov