Bakı Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizinin yaradılması istiqamətində işlərə artıq başlayıb. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Zəngəzur dəhlizinin yaradılması Asiyanı Avropa ilə təkcə nəqliyyat deyil, enerji vasitəsilə də birləşdirmək imkanlarına malikdir. Elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvan Muxtar Respublikasına, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi istiqamətində artıq işlərə başlamışıq”, - deyə nazir bildirib.
O vurğulayıb ki, bu aspektdə “Cəbrayıl” enerji qovşağının yaradılması strateji əhəmiyyətli hadisədir.
Azərbaycan hökuməti 2027-ci ilədək Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizinin yaradılmasını planlaşdırır. Layihənin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan 2021-ci ildə rekord həcmdə - 1,7 QVt/saat elektrik enerjisi ixrac edib. Hökumət ixrac həcmini 5 QVt/saata çatdırmağı planlaşdırır. Elektrik enerjisinin əsas alıcıları Avropa ölkələri olacaq.*
B.Rüstəmbəyov