Dünyada mövcud olan neft və qaz qiymətləri ilin sonuna qədər davam edərsə, 2022-ci ilin yekunları üzrə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi 130 milyard manat təşkil edə bilər. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-sentyabr aylarında “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti $107,22 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 57,1% və ya $38,95 çoxdur.
2021-ci ilin sonuna Azərbaycanda ÜDM-nin nominal həcmi 92,8 milyard manat təşkil edib.*
R.Əhmədov