2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş vermiş yanğın hadisələri zamanı 42 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 nəfər çoxdur”, - deyə məlumatda bildirilir.
Bu dövrdə çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə baş vermiş yanğın hadisələri nəticəsində 37 nəfər (bir il əvvəl 21 nəfər) həlak olub. Bundan başqa, digər yanğınlar zamanı 5 nəfər həlak olub.
9 ay ərzində yanğın hadisələri zamanı 178 nəfər (artım 71,2%) xəsarət alıb.
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1,713 min yanğın hadisəsi (azalma 5,1%) baş verib.*
X.Nəsirzadə