2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 42 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
İlin əvvəlindən respublika ərazisində 14,369 min təbii və texnogen mənşəli hadisə (2021-ci ilin 9 ayı ilə müqayisədə 10,4% çox) baş verib. Bu hadisələr nəticəsində 42 nəfər (bir il əvvəl 24 nəfər) həlak olub, 178 nəfər (bir il əvvəl 104 nəfər) xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 87 nəfər xilas edilib, 894 nəfər təxliyə olunub.
Hesabat dövründə respublika ərazisində 47 partlayış hadisəsi baş verib ki, bu da 2021-ci illə müqayisədə 17,5% azdır. Partlayışlar zamanı 14 nəfər həlak olub, 84 nəfər xəsarət alıb.*
X.Nəsirzadə