Prezident İlham Əliyev Elnur Əliyevi Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edib.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Qeyd edək ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.
E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini təyin edilmişdi. O, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri olub.*
B.Rüstəmbəyov