Brüsseldə Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə komissiyaların üçüncü iclası keçirilir. Bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino deyib.
Komissiyalara Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan başçılıq edir.
“Avropa İttifaqı tərəfləri regionda təhlükəsizliyi yaxşılaşdırmaq və delimitasiya üzrə irəliləyişə nail olmaq üçün addımlar atmağa çağırır”, - deyə Sannino “Twitter” hesabında yazıb.
Komissiyaların birinci iclası 2022-ci il mayın 24-də Azərbaycan-Ermənistan sərhədində, ikinci iclası avqustun 30-da Moskvada keçirilib.*
R.Əhmədov