Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev azərbaycanlı həmkarı ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib. Bu barədə RF Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla bir sıra regional təhlükəsizlik məsələləri, həmçinin informasiya təhlükəsizliyi və terrora qarşı mübarizə sahəsində gələcək tədbirlər müzakirə olunub.
Bundan başqa, Usubov və Patruşev Təhlükəsizlik şuralarının xətti ilə 2023-2024-cü illər üçün Əməkdaşlıq Planı imzalayıblar.*