Xarici İşlər Nazirliyi (XİN) Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında görüşün keçiriləcəyini təsdiqləyib.
“Yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır”, - deyə XİN-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.*
R.Kərimov