Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu tur oyununda Almaniyanın “Frayburq” komandası ilə 1:1 hesablı heç-heçə edib.
Qrup mərhələsinin yekunları üzrə ağdamlıların aktivində 8 xal olsa da, bu, turnirin pley-off mərhələsinə çıxmaq üçün kifayət etməyib, belə ki, qrupun digər oyununda “Olimpiakos”u (Yunanıstan) məğlub edən “Nant” (Fransa) 9 xalla “Qarabağ”ı geridə qoyub.
“Qarabağ” mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.*
A.Əzizov