Hökumətin proqnozlarına əsasən, 2023-cü ilə qədər Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri $46,8 milyard təşkil edəcək.
2021-ci ilin yekunları üzrə ARDNF-nin aktivləri təxminən $45 milyard təşkil edib. Beləliklə, 2022-ci ildə Fondun aktivlərinin artımı 4% təşkil edə bilər.
Maliyyə Nazirliyinin “İnterfaks-Azərbaycan”ın əldə etdiyi materillarına əsasən, neftin müxtəlif qiyməti halında 2023-cü ildə ARDNF-nin aktivlərinin dəyişməsinin bir neçə ssenarisi hazırlanıb.
Xüsusilə, baza variantında (neftin orta qiyməti $50) 2024-cü ilədək ARDNF-nin aktivləri $45,4 milyard təşkil edəcək.
Optimist variantda (neftin orta qiyməti $60) 2024-cü ilədək ARDNF-nin aktivləri $46,4 milyard təşkil edəcək.
Pessimist variantda (neftin orta qiyməti $40) 2024-cü ilədək ARDNF-nin aktivləri $44,4 milyard təşkil edəcək.
Eyni zamanda, Maliyyə Nazirliyi qeyd edir ki, beynəlxalq institutlar və agentliklərin proqnozlarına əsasən, 2023-cü ildə Brent markalı neftin orta qiyməti $91-95 təşkil edəcək.
Həmçinin, Maliyyə Nazirliyi qeyd edir ki, bir barrel neftin qiymətinin orta hesabla $10 ucuzlaşması Azərbaycanın icmal büdcəsinin gəlirlərinin orta hesabla illik 2,2 milyard manat ($,3 milyarda yaxın) azalmasına gətirir.
30 sentyabr 2022-ci il tarixində ARDNF-nin aktivləri $45 milyard 386,4 milyon həcmində qiymətləndirilir (2021-ci ilin sonuna olan göstəricidən +0,8%).
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
R.Əhmədov