Azərbaycan hökuməti 2023-cü il üçün yaşayış minimumunun məbləğini 246 manat səviyyəsində (2022-ci ilin göstəricisi ilə müqayisədə artım 17,1% ) müəyyən etməyi təklif edir.
“İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib ki, 2023-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 261 manat (2022-ci il üçün 220 manat), pensiyaçılar üçün 199 manat (2022-ci il üçün 176 manat), uşaqlar üçün 220 manat (2022-ci il üçün 193 manat) səviyyəsində təklif olunur.
Bundan əlavə, hökumət ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddini 246 manat (2022-ci il üçün 200 manat, yəni art 17,1%) məbləğində təsdiq edib.**
X.Nəsirzadə