Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Mingəçevir Dövlət Universiteti (MDU) üçün yeni kampusun tikintisi üzrə işlərin yerinə yetirilməsi üçün podratçı seçir.
Seçim açıq tender üsulu ilə aparılır.
İşlər kampus tikintisinin birinci mərhələsinin birinci fazası çərçivəsində həyata keçiriləcək.
Tenderdə iştirak haqqı – 1,5 min manat təşkil edir.
Tender təklifləri 16 dekabr saat 17:00-dək qəbul olunur. Tender proseduru 19 dekabr saat 15:00-da baş tutacaq. **
B.Rüstəmbəyov