Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 34 milyon 557,049 min manat ümumi məbləğdə iki müqavilə bağlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən məlumat verir ki, “Simplex” QSC ilə dəftərxana və təsərrüfat mallarının satın alınması dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 17 milyon 627,093 min manatdır.
“VEST-LTD” QSC ilə imzalanmış müavilənin predmeti mebel inventarlarının satın alınmasıdır. Müqavilənin dəyəri – 16 milyon 929,956 min manatdır. **
X.Nəsirzadə