2023-cü ildə Azərbaycan hökuməti 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması üçün 35 milyon manat vəsait ayıracaq (2022-ci ilin göstəricisinə uyğundur). Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“Bu vəsait dövlət büdcəsindən ayrılacaq”, - nazirlikdən bildirilir.
İndiyədək Bakı, Gəncə, Abşeron və Naxçıvan Muxtar Respublikasında 2 mindən çox hərbi qulluqçu qeyd olunan proqram üzrə mənzillə təmin olunub. Bu proqram çərçivəsində mənzil almaq hüququ olan 2,1 mindən çox şəxs isə mənzil növbəsinə dayanıb.
Bundan başqa, 2023-cü ildə kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 12,7 milyon manat vəsait xərclənəcək.**
R.Əhmədov