Azərbaycan prezidenti İlham Əliyev cümə günü “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” sazişi təsdiq edib.
Müvafiq qanun dövlət başçısının saytındda dərc olunub.
Azərbaycan kökuməti ilə Əlcəzair hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında saziş 2022-ci il avqustun 10-da Bakı şəhərində imzalanıb. **
N.Abbasova